16 Aralık 2014 Salı

MULTIMEDIYA

Multimedia

Multi media - bu kompüterin texnoloqiyanın səsi, müsiqini, fotoqrafiyanı, video informasiyanın ötürülməsi emalı üsulu ilə məşğul olan bir sahədir.Multimediya-hərəkətli və hərəkətsiz təsvirlərlə, animasiyalı kompüter qrafikası, mətn və yüksək keyfiyyətli səslərlə işləməyi təmin edən interaktiv sistemdir.Multimediya sözü "multi"-çox,"mediya"-yayım, informasiya daşıyıcısı sözlərindən əmələ gəlmişdir.Müasir multimediya– tərkibinə monitorçstereofonik səs gücləndiriciləri, mikrofon, optik kompakt disklər üçün disk daşıyıcısı CD-ROM, audioadapter və s. Daxil olan kompüterdir.Müasir kompüterin ən yüksək səviydə işlələyən audio və video sistemləri var. Kompüterin ilk modellərdə müəyyən qədər səs imkanları var idi. Bunun üçün kompüterin daxildə olan dinamik və MS DOS-da olan xüsusi səs çıxardan proqram istifadə olunur. Məlumdu ki, hər not üçün xüsusi təzlik və müddət tapılıb və bütün musiqiləri yaratmaq mümkündür. Basic, Pascal dillərdə xüsusi Sound operatoru var və onun köməyi ilə musiqini proqramlaşdırır. Bu səsin keyfiyyatı ən aşağı tələbləri də ödəmir. Səs artırma imkanları yoxdur. Əsil multimedia öz tarixini 1988-ci ildən başlayır, bu vaxt Sinqapurın məşhur Creative Labs kompaniyası Sound Card qurğusunu yaradıb. Hal- hazırda onlarla kompaniya bu qurğudan istehsal edir. Bütün Sound Card aşağdaki funksiyaları həyata keçirir:
1. Səsin mikrofonda və başqa audio qurğulardan kompüterə yazılması.
2. Səsin diskret formasına çevrilməsi.
3. Səsin e'malı (sıxlaşdırma, səs effektləri)
4. Kompüterdə olan rəqəm formasında səsi analoq formasına çevrilməsi və səsləndirməsi. Səsin yazılması və təsviri prinsiplərnə baxaq. Mə'lumdur ki, səs havanın 20hs-20000hs aralarda rəqslərdir. Ənənəvi audio sitemlərdə səs analoq formada təsvir olunur. Kompüterdə bütün mə'lumat rəqəm formasında təsvir olnunur. Onun üçün ilkin səsin rəqəmsal formatına çevrilmə (şəkil 1) əməliyyatı aparılmalıdır.
şək. 1.Səsin rəqəm formasina cevirilməsi




Y istiqamətdə nöqtələrin sayı Sound Card-ın tərtibliyindən asılıdır. Tərtibliyi (8;16) ola bilər. T istiqamətdə nöqtələrin sayı Nyukuist teoremi ilə tənzimlənir. Bu teorema əsasən yüksək səs almaq üçün .
∆t =
seçilməlidir
Bir saniyə təsvir etmək üçün 44.1 min nöqtə lazımdır. 11.025 khs telefon səsi 22.05 khs buna radio keyfiyyəti.deyilir
Səs fayları göründüyü kimi çox böyuk alınır. Ona görə sıxlaşdırma üsullarına böyük ehtiyac var. Onlardan biri ADPCM üsuludur.Adaptive Pulse Code Modulation üsulda yi əvəzinə ∆yi saxlanılır. Bu üsul itkisiz dörd dəfə sıxlaşdırmaya imkan verir. Bu əməliyyatı Sound Card-ın üzərində olan DSP (Digital Signal Prcessor) xüsusi prosessor həyata keçirir. Səsin səsləndirilməsi onun yenidən analoq formatina çevirilmsı nətıcəsində başir verir, bu əməliyyatı da sound card həyata keçirdir. Səs kartında 3 əsas giriş noqtələri var : microphone, line, speaker. Akustik sistemlər aktiv və passive ola bilər. Səs kartları musiqi sintez imkanlarına malikdir. Musiqinin kompüter sintezini prinsiplərini YAMAHA firması tərəfındən irəli sürülüb. Müasir səs kartlarında xüsusi mikrosxem var.
Musiqinin kompüter sintezi əsasən iki üsül istifadə olunur:
1) FM Frequency Modulation - tezlik üsulu, ki bunun əsasında Furyie teoremi durur: hər hansı bir siqnali harmonik siqnalin cəmi ilə əvəz etmək olar.
Hər bir not üçün müvafiq spektrlar( tezliklər) tapılıb və onlar səs kartın xüsusi   yaddaşında   saxlanılır.   Siqnalları   qarışdıraraq   müxtəlif   alətlərinsəslənməsini almaq olar. Amma təcrübə qöstərib ki belə musiqinin keyfiyyəti o gədər yuksək deyil və qeyri tbıı elektron xarakter daşyır.
Wave Table- bu usulda səs kartın yaddaşında müxtəlif alətləri müxtəlif notlarda nümunələri saxlanır.
Bu yolla yaranan səs yüksək keyfiyyətə malikdir. Kompüterun köməyilə orkestrin ifasını yaratmaq olar.Səs kartın sinter imkanları aşağdaki parametrlərdən asılıdır: alətlərin sayı, kanalların sayı. Eyni zamanda ifa edən alətlərin sayı. Müasir Sound Card müxləlif effektlər yaradır. Səsyazma funksiyası ən'ənəvi səsyazma ilə müptadə səsi e'mal edə bilirik. Səs fayları çox sayda formatları var.Windows-un yazılmış səs forma MİD sinter olunmuş musiqi, mp3 sıxlaşdırılmış musiqi.
Səslə işləyən proqramlar.
Bir neçə növə bölünür:
1. Driver-lərlə Sound Card-ın işini təmin edən proqramlar.
2. Recorder (Windows Sound Recorder)
3. Musiqi redaktorları (musiqi yaratmaq üçün)
1.    4. Konvektorlar
5. CD player
6. Səs laboratoriuaları (Wave lab)
7. Codec (sıxlaşdırmaq)
8. Mətni səsləndirən proqramlar
9. Nitqi başa düşən proqramlar
10. Player ( Media player, WinAmp)
11. Səsin keyfiyyətini idarə edən proqramlar.
Nəzərə alaraq səs fayları çox böyük olur. Müxtəlif sıxlaşdırma üsulları yaranır. Ən məşhuru mp3 üsuludur. 10-12 dəfə sıxlaşdırma imkanı yaradır, amma keyfiyyat itkisi mövcuddur.
Kompüterin video göstərmə imkanları.
Kompüterdə video yaratmaq problemləri səsdən mürəkkəbdir. Bir film yüzlərcə Mb yer tutur. Televiziyadan mə'lumdur ki, keyfiyyətli kino almaq üçün 24 kadr saniyadə ekrana ötürilməlidir.Əqər 24 vursaq 1 Mb 24 Mb yer tutur. Bu o deməkdir ki, 1 saniydə 24 Mb sürətlə mə'lumat ötürülməlidir. Bu isə hal hazırda Yeganə çıxış yolu sıxlaşdırma üsuludur missal ücün MPG üsulu. Bu üsül 300-400 dəfə sıxlaşdırmağa imkan verir. Bu halda kino real olur. Sıxlaşdırma müyyən keyfiyyətin itkisi ilə olur.
Bu üsulun əsas ideyası dəyişməyən kadr hissələrini bir dəfə yaddaşda saxlayır və lazımı hallarda təzədən çağırılır. Video card-dan əlavə xüsusi card-lar var. Onların içərisində TV tunner (televiziyanı qəbul etmək üçün). Bundan başqa VGA-TV (kompüter- televizor çeviricisi)

Kompüterin   audio vasitələri
Hər bir multimedik fərdi kompüterin platasının tərkibində audioadapter vardır. Audioadapterlər kompüterə təkcə strerofonik səsləndirmə deyil, həm də səs siqnallarının  xarici yaddaş qurğularına yazılması imkanını verir.
Adioadapter səs siqnalını rəqəm  koduna çevirən analoq-rəqəm  çeviricisinə malikdir. Bu qurğu səs siqnalını əvvəlcə rəqəm tipli koda çevirir və sonra xarici yaddaş qurğusuna yazır. Bu cür informasiyalar  kompüterin yaddaşında WAV  tipli fayl kimi saxlanılır. Diskdən oxunan rəqəmsal siqnal rəqəm –analoq çevrəcisinə verilir, o da öz növbəsində siqnalı yenidən analoq siqnalına çevirir.
Müasir audioadapterlər  musiqi səslərini iki üsulla sintez edirlər: Tezlikli modullaşdırma metodu ilə FM(Frequency Modulation) və dalğalı sintez metodu ilə (Wave Table). Ikinci üsul daha natural səsləndirməni təmin edir,çünki burada hər bir səs səslərcədvəlindən seçilir.
Tezlikli sintez(FM) 1974-cü ildə yaranmışdır.1985-ci ildə AdLib səs kartı yaradıldı.O, tezlikli modulyasiyadan istifadə edərək musiqi səsləndirməyi bacarırdı. SoundBlaster adlanan yeni səs kartı isə səs siqnalını həm  yaza , həm də səsləndirəbilirdi. Standart FM sintcz orta səs xarakteristikalarına malikdir. Buna görə də səs kartlarında mürəkkəb filtrlər yerləşdirilir ki, müxtəlif səs maneələrindən onu qorusun.
Qeyd etmək lazımdır ki, səs kartına daxil olan səs siqnalı təkcə kompüterdən deyil, digər qurğulardan da daxil ola bilər. Məsələn: MIDI (Musical Instruments Digital lnterface) qurğusundan. MIDI qurğusundan gələn siqnalda musiqinin özü deyil, onun notları olur. Ona görə də səs kartı belə siqnalı aldıqda onu kodlaşdırır və sintizator vasitəsilə uyğunlaşdırır.
Göründüyü kimi audioadapterlor kifayət qədər mürəkkəb mexanizmdir və onun əsasını analoq-rəqəm audiotexnikası təşkil edir.
Multimediya- kompüter –multimediya  texnologiyasını həyata keçiren  apparat və proqram vasitələri ilə təchiz  edilmiş kompüterdir.
Multimediayanın istifadə oblastı aşağıdakılardır:
·       Kompüter texnologiyalarından istifadə etməklə öyrətmə;
·       Informasiya və reklam xidməti;
·       əyləncə,oyun,real virtual sistem;
Multimediya texnologiyasını iki əsas komponent təşkil edir: multimedik aparat və proqram vasitələri
Mutlimedik aparat vasitələri özü də iki hissəyə bölünür: əsas aparat vasitələri və xüsusi aparat vasitoləri.
 Əsas aparaı vasitələrinə - minimum olaraq takt tezliyi 100-200 MHz, əməliyyat yaddaşı 8-64 Mbayt, sərt diski 1-2 Qbaytlıq, manipulyator, stereogücləndiriciləri və SVGA videoadapterləri olan kompüter daxildir.
Xüsusi aparat vasitələrinə - CD ROM, TV-Tyuner, qrafik akselerator (gücləndirici), videotəsvir plataları və digər akuslik aparatları aid etmək olar.
Multimedik proqram vasitələrinə - ensiklopediyalar, bütün fənlər üzrə interaktiv kurslar, oyunlar, elektron prezentasiyalar, satış reklam vasitələri, İnternet trinajorları və s. daxildir.
Multimediya əlavələrinin yaradılması vasitələrinə - videotəsvir redaktorlarını, peşəkar qrafik redaktorları, səsli informasiyanın yazılması üçün istifadə olunan vasitələri və s. aid etmək olar.
Multimediya texnologiyasına  aşağıdakıları aid etmək olar:
Televiziya qəbulu - televiziya siqnallarının kompüter monitoruna ötürülməsi
Annimasiya - hərəkətdə olan obrazların və ya şəkillərin ardıcıl göstərilməsi
Səsli  effektlər - musiqi  alətlərinin  səsləndirilməsinin,  musiqi fraqmentlərinin, təbiət səslərinin saxlanılması.
Üçqat qrafika (3D) - qrafikin təkcə uzununa və eninə deyil, həmdə dərinliyinə görə təsvir edilməsi aiddir.


Hiç yorum yok:

Yorum Gönder