4 Mart 2015 Çarşamba

HTML


HTML (ing. Hypertext Markup Language) — brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML internetin fundamental baza texnologiyasıdır və veb-səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir.
Bütün vveb-qovşaqlarda toplanmış və internetə qoşulmuş kompyuterlərin ekranlarında göstərilən sənədlər HTML proqram kodunda yazılırlar. HTML – səhifələrdə mətn bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu elementlər arasında əlaqələrin yaradılmasına imkan verir.
Hipermətn koduna malik olan fayllar (.htm) və (.html) genişləndirməsi ilə göstərilir.

İnkişaf tarixi

HTML dilinin inkişaf tarixi 1989-cu ildə Oksford Universitetinin tələbəsi Tim Berners-Li tərəfindən hipermətnli sənəd sisteminin çıxarılması təklifi ilə başladı. 1990-cı ildə isə o bunu World Wide Web (Ümumdünya hörümçək toru) adlandırdı. Sistemi təşkil edən hissələrdən biri hipermətnli nişan qoymaq idi. Onun əsası 1990-cı ildə Berners–Linin hipermətnli sənədlərə baxmağa icazə verən brauzeri yaratması ilə qoyuldu. Nəhayət, 1995-ci ildə dilin birinci versiyası – HTML 1.0 çıxdı. Yalnız 1995-ci ildə HTML 2.0 versiyasının işlənməsi başa çatdıqdan sonra, HTML dili standartlaşdı. O vaxta HTML dilinin yeni versiyasını çox brauzerlər dəstəkləyirdi.
1996-cı ildə artıq dilin HTML 3.2 (HTML 3.0 versiyasında cədvəllər əmələ gəlmişdi) versiyasını bütün brauzerlər dəstəkləyirdi. Bunun nəticəsində veb-dizayn yüksək səviyyəsinə yüksəldi. Veb-dizayn erasına başlanğıc verən yeni imkanlar ortaya çıxdı.
Dilin axırıncı versiyası HTML 4.01 1999-cu ildə standartlaşdı. Bundan sonra dilin təkmilləşməsi dayandırıldı. Çünki, faktiki olaraq bundan başqa heç nə etmək olmurdu. Müasir internet istifadəçilərini daha da razı salan yeni texnologiyalar əmələ gəldi. Dinamik səhifələr yaratmağa və məlumat bazasına sorğu göndərməyə imkan verən müxtəlif proqramlaşdırma dilləri yarandı. Hazırda HTML dilinin davamçısı XHTML (eXtensible HyperText Markup Language – Hipermətn nişan qoyma genişlənməsi) sayılır.

1 Mart 2015 Pazar

Məqsədə çatmağın 5 əsas yolu



Bizim hamımızın həyatımızda müəyyən istəkləri var, problem isə bu istəklərə çatmaqdır. Məqsədə çatmaq həmişə asan deyil, bəs burada hansı hiylələr var? Burda bir neçə fikirlər olsa da, bu suala cavab tapmaq heç də asan deyil:

1. Özünə inam
Əgər sən bu postu oxuyursansa, tezliklə bunun gerçəkləşdiyini görəcəksən. Mən həyatda nəyəsə nail olmaq üçün özünə və öz bacarığına inanmaq faktını kifayət qədər vurğulaya bilməyəcəm. Özünə inam hər şeyə başlamaq üçün bir açardır. Biznesə təkcə işini sevməklə başlaya bilməzsən, eyni zamanda, özünə inanmaq da lazımdır. Bu hansısa başlanğıc üçün irəliləyişdir. Bizim əksəriyyətimiz bunu yemək bişirmək, maşın sürmək, universitet dərslərini hazırlamaq kimi adi şeylərə aid edirik.

2. Məqsədə çatmağın yolunu fikirləşmək
Əgər müəyyən bir məqsədə çatmaq üçün çalışırsansa, əvvəlcədən planlaşdırma vacibdir. Məqsədlərə nail olmaq üçün lazım olan hər bir addımı təsvir etmək vacibdir. Bu addımları təsvir elə və bir anlıq onları gözünün qarşısına gətir. Bu həm planlaşdırmanın çox asan bir yoludur, həm də məqsədə çatmaq üçün heç nəyi unutmamağa kömək edir. Öz addımlarınızı düşündükcə siz məqsədə çatmaq üçün nələrə ehtiyacınız olduğunu görəcəksiniz. Vaxtı gələndə siz bu addımları edəcəksiniz, çox güman ki “déjà vue”(artıq görüldü) deyəcəksiniz və bu bir vaxtlar təsvir etdiyiniz faktlardan gəlir. Mən hər gün yatmağa getməzdən əvvəl belə edirəm. 

3. Yatmazdan əvvəl addımlarınızı planlaşdırın
Bəli, yatmazdan əvvəl hər bir addımı düşünmək sizə təkcə məqsədə çatmaq üçün kömək etməyəcək, eyni zamanda, öz arzularınız haqqında düşünməyə vadar edəcək. Mən çox vaxt öz məqsədlərim və gündəlik həyatım haqqında fikirləşirəm, bu mənə nə edəcəyim haqqında təcrübə verir. Yatanda sizin beyninizin həqiqət və fantaziya arasındakı fərqi hiss etmədiyini bilirsinizmi?

4. Çalış, mübarizə apar və pozitiv ol
Sizin məqsədləriniz çalışmadan, işləmədən gerçəkləşməyəcək. Öz məqsədinizə çatmazdan əvvəl çoxlu maneələrə qalib gəlməli olacaqsınız. Sizin əlehinizə olan insanlar həmişə olacaqdır. Siz bütün maneələri aşmalısınız. Heç vaxt cəsarətsizlik eləməyin, problemləri həll edərkən həmişə pozitiv olun. Hətta uduzduqda belə cəsarətsizlik eləməyin. Heç kəs itirmədən nəyəsə nail olmayıb. Pozitiv olmağa çalışın.

5. Əlaqələrinizdən istifadə edin və insanlarla danışın
Məqsədləriniz haqqında insanlarla danışmaqdan və onlara necə nail olmağı planlaşdırdığınızı söyləməkdən çəkinməyin. Başqa insanların da baxışı çox əhəmiyyətlidir və bir neçə məsələyə kömək edə bilər. Kömək almaq təkcə ağıllı və cəld olmaq deyil, eyni zamanda, ailənə və dostlarına sizin öyrənmək və məqsədə nail olmaq istədiyinizi göstərir.

Əl çəkin bu rəqəmlərdən!



Rəqəmlərlə qucaqlaşmanın birinci yaşı...Doqquz ya da yeddi aylıq doğulan insanoğlu heç xilas ola bilməz rəqəmlərədən ömrüncə. Dərhal kilosu deyilər anaya, sonra boyu ataya. Əslində yalnız körpədir əvvəlcə. Əvvəllər neçə günlük olduğu soruşular, sonraları neçə aylıq və sonunda bir yaşındadır.

Rəqəmlərlə qucaqlaşmanın birinci yaşı qeyd olunar həvəslə böyük bir şam işığında. Və bu təkrarlanar bezmədən, usanmadan hər il böyük bir etina və hətta diqqətlə.

Hər an dəyişər rəqəmlər, kilo artar… boy uzanar… ayağın belə bir ölçüsü olar böyüdükcə. Üç yaş Bağça vaxtının yetişdiyini müjdələr, yeddisə çox gecdir məktəbə başlamağa. Yetişər insan on birinə, bu qısa kimi görünən uzun vaxt yenə bir çox rəqəm olar insanın kiçik bədənində...

Dərs saaatı vardır hər səhər, nahar zamanı, günorta, axşam yeməkləri bir də. Və sonunda göz qapaqlarının bağlanacağı saata gələr sıra heç usanmadan hər gecə… 

Suallar heç bitməz: «neçənci sinifdəsən?», «neçə yaşın var?», «yaxşı, qiymətlərin neçədi?»...
Bəli 365 gündür 1 il və 52 həftə, bu qədər sadədir hər şey, amma bitməz suallar...
«Neçənci prospektdə?», «neçənci küçədə?», «neçə nömrəli evdə?», «neçə müddətdir?», «neçə nəfərsiniz ailədə?», «ayda nə qədər qazanırsan?»- söyləsənə...
«Ev nömrən neçədi?», «bəs iş nömrən?», «hə bir də mobil nömrəni ver»...

Artıq tapmaq çox asan hər kəsi, bəlkə də ona görə dəyərsiz hər kəs hər kəsin gözündə. Hər kəs bir «rəqəmlər siyahısı» artıq və hər kəsinki sıfırla başlayır bilməm nədənsə...
Neçə konturun qaldısa o qədər cümlə qurmağın lazımdır, məsələn.
Sıfır bədən olmağa çalışan qızlar bir nömrə böyük bədən eşqlərə həvəsli nədənsə...
 
Hər gun necə kalori alması lazım oldugunu belə hesablayan insaoglu, əslində rəqəmsal bir bohranda...Hər gün neçə kalori alması lazım olduğunu belə hesablayan insaoğlu, əslində rəqəmsal bir böhranda...

Ən kiçik rəqəmlər həmişə il əvvəlində açıqlanar, məmuradır elan, qəbul edər çarəsizcə...
Neçə sıfır atarsan at  puldan, qiymətlidir puldkı rəqəmlər bütün rəqəmlərdən, ürəkdə və beyində...

5 vaxt namaz, 30 gün oruc, pozsan oldu 61, şanslıysan 10 gün də Həcc.
Neçə daş atacağın belə məlum şeytana, ziyarət et Kəbəni bilməm neçə dəfə...

 Hesabla hər il fitrəni, zəkatını, nə zaman gələcəyi bilinməz Əzrailin...
Əl çək artıq bu rəqəmlərdən, məncə.

«Neçənci qəbirdə yatacam?», «neçə adam gələcək cənazə namazıma?», «bəs kəfən neçə metr olacaq?» «o gün ölən neçənci insanam görəsən?», «neçə gün davam edər arxamdan ağlamalar, görəsən?»
...Və sonunda yenə bir rəqəmdir insanoğlu əslində. Çünki… çünki bu səfər də ruhuna fatihə oxunar 3 dəfə ...

İki nöqtə



Nöqtə… Durğu işarəsi.
Cümlənin sonunda gələn bir nöqtə (.) fikrin bitdiyini bildirir.
Nöqtəli vergül (;)  — nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir.
Qoşa nöqtə (:)  — fikri daha da aydınlaşdırmaq məqsədi ilə işlədilir.
Üç nöqtə (...)  — bir tərəfdən vergülə, o biri tərəfdən nöqtəyə yaxındır. Sitatlarda başqasının fikrinin yarımçıq yazıldığı cümlələrdə (sitatın əvvəlində, ortasında və ya sonunda) üç nöqtə qoyulur. Cümlənin ortasında və ya sonunda qoyulan üç nöqtə fikrin bitmədiyini bildirir.

Bir də başqa bir nöqtə var. Hərflərin üstündə olan nöqtə. Hərfi dəyişməklə fikri də dəyişən nöqtə. Bəzən bir şeyə son qoyaraq, yeni başlanğıcı bildirən nöqtə. Olum və Ölüm kimi… O və u hərflərinə nöqtə qoyacaqsınız və yeni bir söz yaranacaq: ölüm 
Bu gün varsınız. “Olum!” məqamındasınız. Hər şey haqqında “olumlu” düşünürsünüz. Bu olacaq, o olacaq, bunu edəcəm, onu edəcəm… Davamlılıq bildirən arzu və xəyallar qurursunuz. Çünki “olmusunuz”. Sabah da olacağınıza inanırsınız. Artıq bütün arzu və planlarınız bu günlə deyil, sabahla, gələcəklə bağlıdır. Bəlkə bir il sonranı, bəlkə on il sonranı, bəlkə də yüz il sonranı artıq planlamısınız. Hər gün o planınıza bir az əlavələr edir, arzularınızı daha da dəqiqləşdirirsiniz. Üç il bundan qabaq son model telefon almağı planlaşdırmışdınız. İndi o plan və arzunuz sizə gərəksiz gəlir. Texnika inkişaf etdikcə sizin xəyallarınız da dəyişir. Daha da inkişaf etmiş olur. Arzularınız bitmir, tükənmir...

Arzular, ümidlər, istəklər... 
Burada bir nöqtə qoya bilməzsiniz. Bu cümlənin sonunda mütləq üç nöqtə qoyulmalıdır. Natamamlığı bildirən üç nöqtə.
Amma birdən nəsə olur. O nəsəni siz planlaşdırmamısınız, sizin arzuların içində o yox idi. Onun olacağını bilirdiniz. Amma onun olmasının nə sizə, nə də sizin arzulara heç bir adiyatı yox idi deyə, onu düşünməməyə çalışırdınız. Axı o nəsə başqasının planıdır. Və həmin o nəsə “o və u”nun üzərinə iki nöqtə qoyur.

Və bütün arzularınız bu nöqtə ilə yarıda qırılır. Arzularınızın sonuna yenə üç nöqtə qoyulur. Amma bu üç nöqtə fikrin natamamlığını yox, aqibətin məchulluğunu bildirir.
Ölüm… Bu son deyil. Olumdan sonra yeni bir başlanğıcın başladığını bildirir. Ölüm və sonrası...
Quran ölümdən son kimi danışmır. Ölümdən yeni həyat kimi danışır. Elə bir həyat ki, alışdığımız hər şeyi dəyişəcək. Biz Günəşin yanmağına, Ayın nur saçmağına alışmışıq. Ulduzlar bizim üçün uzaq göy bəzəyi olublar. Biz dağları güc simvolu bilmişik, yeri sabit bildiyimiz üçün ayağımızı yerə möhkəm basmışıq. Biz əlimizi, ayağımızı, dilimizi… idarə etmişik.
Allahsa qiyamətlə onlara başqa bir həyat da qazandıracaq. Qiyamət hər yaradılanın ölüm anını yaşamaqla gerçəkləşəcək.
Günəş diriləcək, Ay işığını itirəcək, göy çatlayacaq, dağlar yerindən oynayıb yun kimi didiləcək, əlimiz, ayağımız, dilimiz, dərimiz bizə şahidlik edəcək. Ay dilə gəlib gördüklərini danışacaq, Günəş şahid olduqlarını bir-bir anladacaq, Yer içindəkiləri boşaldacaq, Cəhənnəm danışdırılacaq… Hər şey yeni həyat qazanacaq.
Və bu qiyamətin qopması ilə ölümün üzərindən iki nöqtə silinəcək. Hər şey yenidən “ol”mağa başlayacaq.
Bu “olum” əvvəlki “olum”a heç bənzəməyəcək. Bu, iki nöqtəsini itirmiş, ölümdən sonra DİRİldilmiş bir “olum” olacaq. Bu dəfə insan anlayacaq: Bu dəfəki “olum”un əsl olduğunu, əvvəlkinin isə müvəqqəti...
Daha heç bir nöqtəyə ehtiyac qalmayacaq: olumu bitirən iki nöqtəyə də...

Yeni həyat ölümdən sonra gələcək və bu həyatı biz birinci “olum”la özümüz seçirik. Bu dünyaya göndərilməyi seçmək şansımız olmadı. Nə ata-ana seçə bildik, nə bacı-qardaş, nə vətən, nə dil. Amma ölümdən sonrakı olumu seçmək şansımız var. Onu biz özümüz seçirik. “Necə yaşayarsınızsa, elə də ölərsiniz, necə ölərsinizsə elə də həşr olunarsınız” deyir, Allah Rəsulu. Bəli, necə həşr olunmağı biz özümüz seçirik, seçə bilirik.
Lazımı anda, lazımı yerdə bir fikri kəsib kiçik bir nöqtə qoya bildiyimiz kimi...
Bir anda bir həyatı dəyişə bilən cümləni deyib, sonunu eşitməmək üçün qoyduğumuz son nöqtə kimi...
Keçmiş həyatımıza nöqtə qoyub, yeni həyata başlaya bildiyimiz kimi.
Əslində bütün bunlar bir dəyişimlə başlayır: “Nəzər nöqtəsi”nin dəyişməsi ilə.
Dünən görmədiklərimizi görərək, dünən anlamadıqlarımızı anlayaraq dünənə nöqtə qoyub, həyata yeni baxışlarla başlaya bilmək arzusu ilə...
...

P.S. Sonla başlanğıcı iki nöqtə ayıracaq: ölüm və olum. Yanlış oxumadınız. Ölüm əvvəl gələcək.
Hər kəs öləcək. Amma bu ölümlə hər şeyə son verilməyəcək. Əslində bu ölüm olum üçün start olacaq.
Hər kəsə qürur duya biləcəyi bir olumla dirilməyi arzu edirəm...

İtirilmiş durğu işarələri



Bir gün insan vergülü itirdi. O zaman fikirləri bir-birinə qarışdı, mürəkkəb cümlələr qurmaqdan qorxdu. Bəsit cümlələr qurmağa başladı. Cümlələri bəsitləşdikcə fikirləri də bəsitləşdi.

Nöqtəni itirdi… Fikirləri uzandıqca uzandı. İfadə edə bilmədi özünü.

Başqa bir gün nidanı itirdi. Səs tonunu dəyişdirmədən danışmağa başladı, monotonlaşdı. Ətrafda baş verən heç bir şey onda kiçik bir həyəcan belə doğura bilmədi.
Sevincini, qəzəbini- bütün duyğularını itirdi.

Sual işarəsini itirdiyi andan sual verməyi unutdu. Hər şeyi olduğu kimi qəbul etməyə başladı. nə dünya, nə insanlar, nə də həyat onu maraqlandırmırdı.

İki nöqtəni itirdi və heç nəyi aydınlaşdırmaq ehtiyacı duymadı.

Ömrünün sonunda əlində ancaq dırnaq işarəsi qalmışdı, onun da içində başqalarının fikirləri…

27 Şubat 2015 Cuma

Kulinariya- Kokoslu pecenya


Bu kokoslu peçenyelər həm kövrək, həm yumşaq, həm də ki bir qədər xırt-xırtdırlar. Hazırlanması asan, qurtarması isə ondan da asan bu peçenyeləri çox bəyənəcəksiniz.
Kokoslu Peçenye
25 ədəd peçenye üçün
Ərzaqlar:
130 qram kərə yağı – otaq hərarətində yumşaldılmış
160 qram şəkər tozu (stəkanın 3/4-ü)
2 yumurta
100 qram un (stəkanın 2/3-ü)
200 qram kokos yonqarı
Hazırlanma Qaydası:
Əvvəlcə kərə yağını şəkər tozu ilə bir neçə dəqiqə mikserlə çalın. Ayrı qabda yumurtaları rəngi bir az açılanadək bir neçə dəqiqə çalın.
Yumurtanı yağlı kütləyə əlavə edib qarışdırın.
Unu və kokos yonqarını da buraya əlavə edib əlinizlə xəmir yoğurun.
Xəmir yumşaq olub bir qədər ələ yapışmalıdır. Xəmiri kündələyib və üstünü örtüb 30 dəqiqəlik soyuducuya qoyun.
Sobanı 180Cdək qızdırın. 2 iri listin üstünə perqament kağızı sərin (mən silikon örtüdən istifadə edirəm). Soyuducudan çıxartdığınız xəmirdən 25 ədəd qoz boyda parça qopardıb əlinizlə yumrulayın. Listlərə bir-birindən aralı olmaq şərtilə düzün.
Peçenyeləri 20 dəqiqə, yaxud kənarları bir qədər qızarıb üstləri çox az qızaranadək bişirin. Peçenyeləri sobadan çıxardıb listdə soyudun (isti peçenyelər kövrək olduğuna görə soyumaları mütləqdir)
Soyumuş peçenyeləri qaba düzüb süfrəyə verin.

Mentiqi suallar

1.Mezarliqda qiz aglayir,mezarda yatanin anasi bu qizin anasinin qaynanasidir,Mezarda yatan kimdir????
2.Hansi halda 3 baba 2 nene 4 neve 3 pisik 7 sican 1 cetrin altina yerlesseler islanmazlar...