16 Aralık 2014 Salı

Internet baglantilari

İnternet Bağlantı Növləri
İnternet gündəlik həyatımızın, ayrılmaz hissəsinə çevrilməyə başlayır.  İnformasiya mübadiləsində işimizi asanlaşdıran internet texnologiyalarına müxtəlif yollardan çatma imkanımız var.  Həmin internet bağlantı tipləri barədə bir qədər məlumatlandırmaq istərdik.
ADSL
Ən geniş yayılmış İnternet bağlantı formalarındadır.  ADSL, ingiliscədən “Asymmetric Digital Subscriber Line” sözlərinin baş həriflərinin birləşməsi ilə yaranıb. Azərbaycan dilinə “Asimmetrik Rəqəmsal Abunəçi Xətti” kimi tərcümə olunur.  Adi analoq telefon xətlərini yüksək sürətli qoşulma xətlərinə çevirən modem texnologiyasıdır.
Fəaliyyət prinsipi
ADSL texnologiyasında kanalın ötürmə zolağı çıxan və daxil olan trafik arasında qeyri simmetrik paylanır. İstifadəçilərin çox hissəsinə daxil olan trafik daha çox əhəmiyyət kəsb edir, nəinki çıxan trafik, buna görə daxil olan trafik üçün zolağın boyük hissəsinin ayrılması özünü doğruldur. Adi telefon xətti səsin ötürülməsi üçün 0…4 kHz tezlik zolağını istifadə edir. Telefon şəbəkəsinin işinə maneə törətməmək üçün ADSL-də tezliyin aşağı sərhədi 26 kHz səviyyəsində yerləşir. Yuxarı sərhəd isə məlumatın ötürmə sürətinə olan tələbdən və telefon kabellərinin imkanlarindan irəli gələn 1.1 MHz təşkil edir. Bu zolaq iki hissəyə bölünür – tezliklər 26KHz dən 138 kHz-ə qədər çıxış axınına ayrılır, 138 kHz dən 1.1 MHz ə kimi zolaq daxil olan axına ayrılır. Bu növ tezliklərin paylanması eyni zamanda telefonla danışıq aparmaq və məlumatın ötürülməsinə imkan yaradır.
Aydındır ki, bəzi halda ADSL modemin yüksəktezlikli siqnalı müasir telefonların elektronikasına mənfi təsir göstərir, və ya telefon hər-hansı xüsusiyyətinə görə xəttə yüksəktezlikli parazit siqnal gətirir. Bununla mübarizə üçün abunəçinin evində telefon xəttinə aşağı tezliklərin tənzimləyicisi qoşulur (tezlik bölücüsü, ing. Splitter). Bu qurğu telefona yalnız siqnalın aşağıtezlikli tərkib hissəsini buraxır və telefonun xətdə olacaq təsirini aradan qaldırır. Bu cur tənzimləyicilər əlavə enerji tələb etmir və buna görə elektrik şəbəkəsində və ya ADSL avadanlığinda nasazlıqlar yarandıqda səs kanalı işçi vəziyyətində qalır.
Abunəçiyə ötürmə 1.5 dən 8 Mbit/s dək sürəti ilə aparılır. Xidməti kanalın sürəti 15 -640 Kbit/s arasında dəyişə bilər. Xəttin maksimal sürəti müxtəlif faktorlardan asılıdır, məsələn xəttin uzunluğundan, kabelin kəsik sahəsindən və xüsusi müqavimətindən. Sürətin aşağı düşməsinə kabelin quruluşu da təsir göstərir.
Əsasən 4km məsafədəki uzaqlıqlara,  bəzi hall isə 8mk qədər uzaq məsafələrə çəkilir. Bu da sizin ADSL çəkdirmək istədiyiniz yerin ATS-dən uzaqlığına görə keyfiyyətinə də təsiri olacaq.
Qeyd:  Azərbaycandakı provayderlər endirmə (download) sürətini təklif etdikləri rəqəmdən asılı olmayaraq, yükləmə (upload) sürəti 1024mbps-dən yuxarı olmur.
Kabel
Kabel ilə internetə qoşulma Azərbaycanda hələki yayılmış vəziyyətdə deyil. Bu tip qoşulmanın  400Mbit/s -ə qədər sürət imkanı olur. Əsasən fərdi, evlər üçün bu servisin verilməsi Kabel televiziyları vasitəsi ilə edilir. Azərbaycanda da bir sıra kabel televiziyaları fəaliyyət göstərir. Onların da bu servisi vermək üçün infrastruktur işləri aparırlar. Yaxın zamanda Azərbaycandakı kabel tv-lər vasitəsi ilə istifadəçilər kabel interneti xidmətindən faydalanmaq şansları olacaq.
GSM operatorların xidmətləri (3G/EDGE)
İnternetə qoşulmaq üçün GSM operatorları da müəyyən xidmət göstərirlər. Dünya üzərində əsasən bu xidmət 3G bağlantısıdır. Azərbaycanda təkcə Azerfon-a məxsus ticarət nişanları Azerfon-Vodafone və Nar-Mobile 3G xidmətini təklif edir. Azercell və Bakcell isə EDGE ilə internet bağlantı xidməti verir.
Bunlar arasında 3G ən sürətlidir. İngiliscədən tərcümədə 3rd Generation yəni 3-cü Nəsil deməkdir. Bu 3-cü nəsi internet texnologiyasıdır. GSM EDGE, UMTS, CDMA2000, DECT və WiMAX texnologiyalarını əhatə edən bir standartlar ailəsidir. Verilən xidmətlər arasında mobil istifadəçilər üçün geniş-sahədə kabelsiz telefon danışıqları, görünüşlü zənglər və kabelsiz məlumat ötürmə xidməti vardır.
Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, Azərbaycanda ən aşağı sürət 0,5 mbit/s, ən yüksək sürət isə — 3,4 mbit/s-dir. Ən yüksək sürət Bakı şəhərinin mərkəzində müşahidə olunmuşdur. M.Əzizbəyov heykəli, “Elmlər Akademiyası”, “Gənclik”, “İçəri şəhər” metro stansiyaları, habelə Milli Məclisin binasının ətrafında orta sürət 3,0 mbit/s-dir. Yeni Yasamal yaşayış massivində, “Nəriman Nərimanov”, “Xətai” metro stansiyaları ətrafında isə — 2 mbit/s, Abşeron yarımadasında, əlxüsus Mərdəkan, Novxanı, Buzovna, Bilgəh, Şüvəlan, Zirə qəsəbələrində və dənizkənarı digər zonalarda genişzolaqlı internet baglantısının sürəti 1,5-2,5 mbit/s olmuşdur.
EDGE isə GSM infrastrukturunda və tezliklərində (850/900/1800/1900) çalışan, mobil ünsiyyətdə üçüncü nəsilin başlanğıcı olaraq sayıla biləcək, yüksək sürətdə məlumat ünsiyyəti təmin edən texnologiyadır. Yuxarıda qeyd etdiyim kimi, Azercell və Bakcell də hələki bu sistemdən istifadə olunur. Bir neçə il əvvəlçox yüksək göstərici sayılsa da artıq göstəriciləri yetərli deyil. Azərbaycanda ortalama sürəti 256kbps olur. Mobil olaraq istifadə etmək üçün əlverişli olsa da geniş istifadədə əlverişli sayılmır.
WiFi
Çox zaman istifadə etdiyimiz internetə bağlantı formalarından biridir. Əsasən oturduğumuz iaşə yerlərində, ofislərdə və s. bu bağlantı formasına sıx-sıx rast gəlirik.  ADSL şəbəkəsindən gələn interneti xüsusi modemlərlə WiFi kimi istifadəçilərə paylayırlar.  WiFi sözü ingiliscədən “Wireless Fidelity” sözlərindən əmələ gəlib və tərcüməsi “Simsiz Dəqiqlik” deməkdir.
Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir. IEEE 802.11 standartını dəstəkləyən xüsusi modulla təmin edilmiş noutbuk, netbuk,cib kompyuteri, smartfonlar, veb kamera sahibləri Wi-Fi birləşmədən istifadə edə bilərlər.
Bu bağlantını formasını xidmət kimi satan provayderlər də mövcuddur.  Şəhərin müxtəlif yerlərində pullu  WiFi-lar var ki, buna qoşulmaq üçün xüsusi bir məbləğ ödəmək lazım gəlir. Siz saytımızdan həmin bu seçimlər zamanı hansı provayderin daha uyğun olduğunu yoxlayacaqsınız.


Hiç yorum yok:

Yorum Gönder