14 Aralık 2014 Pazar

DOMEN

domen  İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir.
Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur.Domen adı bir domen daxilində  istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə   ilə ayrılmış bütün  domenlərin adlarından təşkil  olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir.
Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli Wikipedia domeninə, Wikipedia isə birinci səviyyəli org domeninə aiddir.
Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsi ilə bu ünvanlar domen adları ilə əvəz olunur.
Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır.
Milli domenlər – .az, .ru, .us və s.
ccTLD – milli zonalarda domenlərə nəzarət edən – domen adları və IP ünvanları bölüşdürən və tənzimləyən Beynəlxalq təşkilatdır.Göründüyü kimi, hər bir ölkə adına uyğun xüsusi domenə malikdir. Məsələn, AZ – Azərbaycanın Internetdə qəbul edilmiş və BMT-nin Beynəlxalq Standartlar Qurumu tərəfindən təsdiq edilmiş domenidir. Almaniyada milli domen – DE, Rusiyada – RU, ABŞda – US, Türkiyədə – TR və s. qəbul edilmişdir.
Funksional domenlər – .com, .org, .net, .info və s.
gTLD - funksional zonalarda domenlərə nəzarət edən – domen adları və IP ünvanları bölüşdürən və tənzimləyən Beynəlxalq təşkilatdır.
Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən edilir: kommersiya saytları – COM, rəsmi dövlət saytları – GOV, təşkilat saytları – ORG, hərbi mövzuda saytlar – MİL, təhsil haqqında saytlar – EDU, və s. kimi adlandırılırlar. Funsional domenlərin paylanması ilə əvvəllər yalnız InterNic Beynəlxalq təşkilatı məşğül olurdusa,1999-cü ildən domen adlarının qeydiyyatdan keçirilməsi ilə dünyada bir çox nüfuzlu təşkilatlar məşğul olmağa başladılar: GO DADDYENOMNETWORK SOLUTIONS və s.

Hiç yorum yok:

Yorum Gönder