4 Mart 2015 Çarşamba

HTML


HTML (ing. Hypertext Markup Language) — brauzerin oxuya biləcəyi hər hansı sənədi və ya səhifəni yaratmaq üçün xüsusi hipermətn dilidir. HTML internetin fundamental baza texnologiyasıdır və veb-səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar əsasında yaradılmış dildir.
Bütün vveb-qovşaqlarda toplanmış və internetə qoşulmuş kompyuterlərin ekranlarında göstərilən sənədlər HTML proqram kodunda yazılırlar. HTML – səhifələrdə mətn bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin əlavə edilməsinə, hiperistinadların və bütün bu elementlər arasında əlaqələrin yaradılmasına imkan verir.
Hipermətn koduna malik olan fayllar (.htm) və (.html) genişləndirməsi ilə göstərilir.

İnkişaf tarixi

HTML dilinin inkişaf tarixi 1989-cu ildə Oksford Universitetinin tələbəsi Tim Berners-Li tərəfindən hipermətnli sənəd sisteminin çıxarılması təklifi ilə başladı. 1990-cı ildə isə o bunu World Wide Web (Ümumdünya hörümçək toru) adlandırdı. Sistemi təşkil edən hissələrdən biri hipermətnli nişan qoymaq idi. Onun əsası 1990-cı ildə Berners–Linin hipermətnli sənədlərə baxmağa icazə verən brauzeri yaratması ilə qoyuldu. Nəhayət, 1995-ci ildə dilin birinci versiyası – HTML 1.0 çıxdı. Yalnız 1995-ci ildə HTML 2.0 versiyasının işlənməsi başa çatdıqdan sonra, HTML dili standartlaşdı. O vaxta HTML dilinin yeni versiyasını çox brauzerlər dəstəkləyirdi.
1996-cı ildə artıq dilin HTML 3.2 (HTML 3.0 versiyasında cədvəllər əmələ gəlmişdi) versiyasını bütün brauzerlər dəstəkləyirdi. Bunun nəticəsində veb-dizayn yüksək səviyyəsinə yüksəldi. Veb-dizayn erasına başlanğıc verən yeni imkanlar ortaya çıxdı.
Dilin axırıncı versiyası HTML 4.01 1999-cu ildə standartlaşdı. Bundan sonra dilin təkmilləşməsi dayandırıldı. Çünki, faktiki olaraq bundan başqa heç nə etmək olmurdu. Müasir internet istifadəçilərini daha da razı salan yeni texnologiyalar əmələ gəldi. Dinamik səhifələr yaratmağa və məlumat bazasına sorğu göndərməyə imkan verən müxtəlif proqramlaşdırma dilləri yarandı. Hazırda HTML dilinin davamçısı XHTML (eXtensible HyperText Markup Language – Hipermətn nişan qoyma genişlənməsi) sayılır.

1 Mart 2015 Pazar

Məqsədə çatmağın 5 əsas yolu



Bizim hamımızın həyatımızda müəyyən istəkləri var, problem isə bu istəklərə çatmaqdır. Məqsədə çatmaq həmişə asan deyil, bəs burada hansı hiylələr var? Burda bir neçə fikirlər olsa da, bu suala cavab tapmaq heç də asan deyil:

1. Özünə inam
Əgər sən bu postu oxuyursansa, tezliklə bunun gerçəkləşdiyini görəcəksən. Mən həyatda nəyəsə nail olmaq üçün özünə və öz bacarığına inanmaq faktını kifayət qədər vurğulaya bilməyəcəm. Özünə inam hər şeyə başlamaq üçün bir açardır. Biznesə təkcə işini sevməklə başlaya bilməzsən, eyni zamanda, özünə inanmaq da lazımdır. Bu hansısa başlanğıc üçün irəliləyişdir. Bizim əksəriyyətimiz bunu yemək bişirmək, maşın sürmək, universitet dərslərini hazırlamaq kimi adi şeylərə aid edirik.

2. Məqsədə çatmağın yolunu fikirləşmək
Əgər müəyyən bir məqsədə çatmaq üçün çalışırsansa, əvvəlcədən planlaşdırma vacibdir. Məqsədlərə nail olmaq üçün lazım olan hər bir addımı təsvir etmək vacibdir. Bu addımları təsvir elə və bir anlıq onları gözünün qarşısına gətir. Bu həm planlaşdırmanın çox asan bir yoludur, həm də məqsədə çatmaq üçün heç nəyi unutmamağa kömək edir. Öz addımlarınızı düşündükcə siz məqsədə çatmaq üçün nələrə ehtiyacınız olduğunu görəcəksiniz. Vaxtı gələndə siz bu addımları edəcəksiniz, çox güman ki “déjà vue”(artıq görüldü) deyəcəksiniz və bu bir vaxtlar təsvir etdiyiniz faktlardan gəlir. Mən hər gün yatmağa getməzdən əvvəl belə edirəm. 

3. Yatmazdan əvvəl addımlarınızı planlaşdırın
Bəli, yatmazdan əvvəl hər bir addımı düşünmək sizə təkcə məqsədə çatmaq üçün kömək etməyəcək, eyni zamanda, öz arzularınız haqqında düşünməyə vadar edəcək. Mən çox vaxt öz məqsədlərim və gündəlik həyatım haqqında fikirləşirəm, bu mənə nə edəcəyim haqqında təcrübə verir. Yatanda sizin beyninizin həqiqət və fantaziya arasındakı fərqi hiss etmədiyini bilirsinizmi?

4. Çalış, mübarizə apar və pozitiv ol
Sizin məqsədləriniz çalışmadan, işləmədən gerçəkləşməyəcək. Öz məqsədinizə çatmazdan əvvəl çoxlu maneələrə qalib gəlməli olacaqsınız. Sizin əlehinizə olan insanlar həmişə olacaqdır. Siz bütün maneələri aşmalısınız. Heç vaxt cəsarətsizlik eləməyin, problemləri həll edərkən həmişə pozitiv olun. Hətta uduzduqda belə cəsarətsizlik eləməyin. Heç kəs itirmədən nəyəsə nail olmayıb. Pozitiv olmağa çalışın.

5. Əlaqələrinizdən istifadə edin və insanlarla danışın
Məqsədləriniz haqqında insanlarla danışmaqdan və onlara necə nail olmağı planlaşdırdığınızı söyləməkdən çəkinməyin. Başqa insanların da baxışı çox əhəmiyyətlidir və bir neçə məsələyə kömək edə bilər. Kömək almaq təkcə ağıllı və cəld olmaq deyil, eyni zamanda, ailənə və dostlarına sizin öyrənmək və məqsədə nail olmaq istədiyinizi göstərir.

Əl çəkin bu rəqəmlərdən!



Rəqəmlərlə qucaqlaşmanın birinci yaşı...Doqquz ya da yeddi aylıq doğulan insanoğlu heç xilas ola bilməz rəqəmlərədən ömrüncə. Dərhal kilosu deyilər anaya, sonra boyu ataya. Əslində yalnız körpədir əvvəlcə. Əvvəllər neçə günlük olduğu soruşular, sonraları neçə aylıq və sonunda bir yaşındadır.

Rəqəmlərlə qucaqlaşmanın birinci yaşı qeyd olunar həvəslə böyük bir şam işığında. Və bu təkrarlanar bezmədən, usanmadan hər il böyük bir etina və hətta diqqətlə.

Hər an dəyişər rəqəmlər, kilo artar… boy uzanar… ayağın belə bir ölçüsü olar böyüdükcə. Üç yaş Bağça vaxtının yetişdiyini müjdələr, yeddisə çox gecdir məktəbə başlamağa. Yetişər insan on birinə, bu qısa kimi görünən uzun vaxt yenə bir çox rəqəm olar insanın kiçik bədənində...

Dərs saaatı vardır hər səhər, nahar zamanı, günorta, axşam yeməkləri bir də. Və sonunda göz qapaqlarının bağlanacağı saata gələr sıra heç usanmadan hər gecə… 

Suallar heç bitməz: «neçənci sinifdəsən?», «neçə yaşın var?», «yaxşı, qiymətlərin neçədi?»...
Bəli 365 gündür 1 il və 52 həftə, bu qədər sadədir hər şey, amma bitməz suallar...
«Neçənci prospektdə?», «neçənci küçədə?», «neçə nömrəli evdə?», «neçə müddətdir?», «neçə nəfərsiniz ailədə?», «ayda nə qədər qazanırsan?»- söyləsənə...
«Ev nömrən neçədi?», «bəs iş nömrən?», «hə bir də mobil nömrəni ver»...

Artıq tapmaq çox asan hər kəsi, bəlkə də ona görə dəyərsiz hər kəs hər kəsin gözündə. Hər kəs bir «rəqəmlər siyahısı» artıq və hər kəsinki sıfırla başlayır bilməm nədənsə...
Neçə konturun qaldısa o qədər cümlə qurmağın lazımdır, məsələn.
Sıfır bədən olmağa çalışan qızlar bir nömrə böyük bədən eşqlərə həvəsli nədənsə...
 
Hər gun necə kalori alması lazım oldugunu belə hesablayan insaoglu, əslində rəqəmsal bir bohranda...Hər gün neçə kalori alması lazım olduğunu belə hesablayan insaoğlu, əslində rəqəmsal bir böhranda...

Ən kiçik rəqəmlər həmişə il əvvəlində açıqlanar, məmuradır elan, qəbul edər çarəsizcə...
Neçə sıfır atarsan at  puldan, qiymətlidir puldkı rəqəmlər bütün rəqəmlərdən, ürəkdə və beyində...

5 vaxt namaz, 30 gün oruc, pozsan oldu 61, şanslıysan 10 gün də Həcc.
Neçə daş atacağın belə məlum şeytana, ziyarət et Kəbəni bilməm neçə dəfə...

 Hesabla hər il fitrəni, zəkatını, nə zaman gələcəyi bilinməz Əzrailin...
Əl çək artıq bu rəqəmlərdən, məncə.

«Neçənci qəbirdə yatacam?», «neçə adam gələcək cənazə namazıma?», «bəs kəfən neçə metr olacaq?» «o gün ölən neçənci insanam görəsən?», «neçə gün davam edər arxamdan ağlamalar, görəsən?»
...Və sonunda yenə bir rəqəmdir insanoğlu əslində. Çünki… çünki bu səfər də ruhuna fatihə oxunar 3 dəfə ...

İki nöqtə



Nöqtə… Durğu işarəsi.
Cümlənin sonunda gələn bir nöqtə (.) fikrin bitdiyini bildirir.
Nöqtəli vergül (;)  — nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir.
Qoşa nöqtə (:)  — fikri daha da aydınlaşdırmaq məqsədi ilə işlədilir.
Üç nöqtə (...)  — bir tərəfdən vergülə, o biri tərəfdən nöqtəyə yaxındır. Sitatlarda başqasının fikrinin yarımçıq yazıldığı cümlələrdə (sitatın əvvəlində, ortasında və ya sonunda) üç nöqtə qoyulur. Cümlənin ortasında və ya sonunda qoyulan üç nöqtə fikrin bitmədiyini bildirir.

Bir də başqa bir nöqtə var. Hərflərin üstündə olan nöqtə. Hərfi dəyişməklə fikri də dəyişən nöqtə. Bəzən bir şeyə son qoyaraq, yeni başlanğıcı bildirən nöqtə. Olum və Ölüm kimi… O və u hərflərinə nöqtə qoyacaqsınız və yeni bir söz yaranacaq: ölüm 
Bu gün varsınız. “Olum!” məqamındasınız. Hər şey haqqında “olumlu” düşünürsünüz. Bu olacaq, o olacaq, bunu edəcəm, onu edəcəm… Davamlılıq bildirən arzu və xəyallar qurursunuz. Çünki “olmusunuz”. Sabah da olacağınıza inanırsınız. Artıq bütün arzu və planlarınız bu günlə deyil, sabahla, gələcəklə bağlıdır. Bəlkə bir il sonranı, bəlkə on il sonranı, bəlkə də yüz il sonranı artıq planlamısınız. Hər gün o planınıza bir az əlavələr edir, arzularınızı daha da dəqiqləşdirirsiniz. Üç il bundan qabaq son model telefon almağı planlaşdırmışdınız. İndi o plan və arzunuz sizə gərəksiz gəlir. Texnika inkişaf etdikcə sizin xəyallarınız da dəyişir. Daha da inkişaf etmiş olur. Arzularınız bitmir, tükənmir...

Arzular, ümidlər, istəklər... 
Burada bir nöqtə qoya bilməzsiniz. Bu cümlənin sonunda mütləq üç nöqtə qoyulmalıdır. Natamamlığı bildirən üç nöqtə.
Amma birdən nəsə olur. O nəsəni siz planlaşdırmamısınız, sizin arzuların içində o yox idi. Onun olacağını bilirdiniz. Amma onun olmasının nə sizə, nə də sizin arzulara heç bir adiyatı yox idi deyə, onu düşünməməyə çalışırdınız. Axı o nəsə başqasının planıdır. Və həmin o nəsə “o və u”nun üzərinə iki nöqtə qoyur.

Və bütün arzularınız bu nöqtə ilə yarıda qırılır. Arzularınızın sonuna yenə üç nöqtə qoyulur. Amma bu üç nöqtə fikrin natamamlığını yox, aqibətin məchulluğunu bildirir.
Ölüm… Bu son deyil. Olumdan sonra yeni bir başlanğıcın başladığını bildirir. Ölüm və sonrası...
Quran ölümdən son kimi danışmır. Ölümdən yeni həyat kimi danışır. Elə bir həyat ki, alışdığımız hər şeyi dəyişəcək. Biz Günəşin yanmağına, Ayın nur saçmağına alışmışıq. Ulduzlar bizim üçün uzaq göy bəzəyi olublar. Biz dağları güc simvolu bilmişik, yeri sabit bildiyimiz üçün ayağımızı yerə möhkəm basmışıq. Biz əlimizi, ayağımızı, dilimizi… idarə etmişik.
Allahsa qiyamətlə onlara başqa bir həyat da qazandıracaq. Qiyamət hər yaradılanın ölüm anını yaşamaqla gerçəkləşəcək.
Günəş diriləcək, Ay işığını itirəcək, göy çatlayacaq, dağlar yerindən oynayıb yun kimi didiləcək, əlimiz, ayağımız, dilimiz, dərimiz bizə şahidlik edəcək. Ay dilə gəlib gördüklərini danışacaq, Günəş şahid olduqlarını bir-bir anladacaq, Yer içindəkiləri boşaldacaq, Cəhənnəm danışdırılacaq… Hər şey yeni həyat qazanacaq.
Və bu qiyamətin qopması ilə ölümün üzərindən iki nöqtə silinəcək. Hər şey yenidən “ol”mağa başlayacaq.
Bu “olum” əvvəlki “olum”a heç bənzəməyəcək. Bu, iki nöqtəsini itirmiş, ölümdən sonra DİRİldilmiş bir “olum” olacaq. Bu dəfə insan anlayacaq: Bu dəfəki “olum”un əsl olduğunu, əvvəlkinin isə müvəqqəti...
Daha heç bir nöqtəyə ehtiyac qalmayacaq: olumu bitirən iki nöqtəyə də...

Yeni həyat ölümdən sonra gələcək və bu həyatı biz birinci “olum”la özümüz seçirik. Bu dünyaya göndərilməyi seçmək şansımız olmadı. Nə ata-ana seçə bildik, nə bacı-qardaş, nə vətən, nə dil. Amma ölümdən sonrakı olumu seçmək şansımız var. Onu biz özümüz seçirik. “Necə yaşayarsınızsa, elə də ölərsiniz, necə ölərsinizsə elə də həşr olunarsınız” deyir, Allah Rəsulu. Bəli, necə həşr olunmağı biz özümüz seçirik, seçə bilirik.
Lazımı anda, lazımı yerdə bir fikri kəsib kiçik bir nöqtə qoya bildiyimiz kimi...
Bir anda bir həyatı dəyişə bilən cümləni deyib, sonunu eşitməmək üçün qoyduğumuz son nöqtə kimi...
Keçmiş həyatımıza nöqtə qoyub, yeni həyata başlaya bildiyimiz kimi.
Əslində bütün bunlar bir dəyişimlə başlayır: “Nəzər nöqtəsi”nin dəyişməsi ilə.
Dünən görmədiklərimizi görərək, dünən anlamadıqlarımızı anlayaraq dünənə nöqtə qoyub, həyata yeni baxışlarla başlaya bilmək arzusu ilə...
...

P.S. Sonla başlanğıcı iki nöqtə ayıracaq: ölüm və olum. Yanlış oxumadınız. Ölüm əvvəl gələcək.
Hər kəs öləcək. Amma bu ölümlə hər şeyə son verilməyəcək. Əslində bu ölüm olum üçün start olacaq.
Hər kəsə qürur duya biləcəyi bir olumla dirilməyi arzu edirəm...

İtirilmiş durğu işarələri



Bir gün insan vergülü itirdi. O zaman fikirləri bir-birinə qarışdı, mürəkkəb cümlələr qurmaqdan qorxdu. Bəsit cümlələr qurmağa başladı. Cümlələri bəsitləşdikcə fikirləri də bəsitləşdi.

Nöqtəni itirdi… Fikirləri uzandıqca uzandı. İfadə edə bilmədi özünü.

Başqa bir gün nidanı itirdi. Səs tonunu dəyişdirmədən danışmağa başladı, monotonlaşdı. Ətrafda baş verən heç bir şey onda kiçik bir həyəcan belə doğura bilmədi.
Sevincini, qəzəbini- bütün duyğularını itirdi.

Sual işarəsini itirdiyi andan sual verməyi unutdu. Hər şeyi olduğu kimi qəbul etməyə başladı. nə dünya, nə insanlar, nə də həyat onu maraqlandırmırdı.

İki nöqtəni itirdi və heç nəyi aydınlaşdırmaq ehtiyacı duymadı.

Ömrünün sonunda əlində ancaq dırnaq işarəsi qalmışdı, onun da içində başqalarının fikirləri…

27 Şubat 2015 Cuma

Kulinariya- Kokoslu pecenya


Bu kokoslu peçenyelər həm kövrək, həm yumşaq, həm də ki bir qədər xırt-xırtdırlar. Hazırlanması asan, qurtarması isə ondan da asan bu peçenyeləri çox bəyənəcəksiniz.
Kokoslu Peçenye
25 ədəd peçenye üçün
Ərzaqlar:
130 qram kərə yağı – otaq hərarətində yumşaldılmış
160 qram şəkər tozu (stəkanın 3/4-ü)
2 yumurta
100 qram un (stəkanın 2/3-ü)
200 qram kokos yonqarı
Hazırlanma Qaydası:
Əvvəlcə kərə yağını şəkər tozu ilə bir neçə dəqiqə mikserlə çalın. Ayrı qabda yumurtaları rəngi bir az açılanadək bir neçə dəqiqə çalın.
Yumurtanı yağlı kütləyə əlavə edib qarışdırın.
Unu və kokos yonqarını da buraya əlavə edib əlinizlə xəmir yoğurun.
Xəmir yumşaq olub bir qədər ələ yapışmalıdır. Xəmiri kündələyib və üstünü örtüb 30 dəqiqəlik soyuducuya qoyun.
Sobanı 180Cdək qızdırın. 2 iri listin üstünə perqament kağızı sərin (mən silikon örtüdən istifadə edirəm). Soyuducudan çıxartdığınız xəmirdən 25 ədəd qoz boyda parça qopardıb əlinizlə yumrulayın. Listlərə bir-birindən aralı olmaq şərtilə düzün.
Peçenyeləri 20 dəqiqə, yaxud kənarları bir qədər qızarıb üstləri çox az qızaranadək bişirin. Peçenyeləri sobadan çıxardıb listdə soyudun (isti peçenyelər kövrək olduğuna görə soyumaları mütləqdir)
Soyumuş peçenyeləri qaba düzüb süfrəyə verin.

Mentiqi suallar

1.Mezarliqda qiz aglayir,mezarda yatanin anasi bu qizin anasinin qaynanasidir,Mezarda yatan kimdir????
2.Hansi halda 3 baba 2 nene 4 neve 3 pisik 7 sican 1 cetrin altina yerlesseler islanmazlar...

Evvelce ozun xosbext ol!!!!!


Bir gün qoca və müdrik kişi yol ilə gedirdi. O, təbiətin gözəlliyinə, yazın rəngarəngliyinə tamaşa edirdi. Qəfildən çiynində nəhəng yük aparan kişi gördü. Yükün ağırlığından kişinin dizlərinin qatlandığını, bədəninin əsdiyini sezmək olurdu.
— Niyə sən özünü belə ağır əməyə və əzablara məhkum edirsən?– qoca soruşdu.
— Mən əzab çəkirəm ki, mənim nəvələrim və uşaqlarım xoşbəxt olsunlar — kişi cavab verdi. Mənim ulu babam özünü babama görə, babam isə atama görə, atam isə mənə görə ağır əməyə, əzablara məcbur edib, mən də özümü məcbur edirəm ki, uşaqlarım və nəvələrim xoşbəxt olsunlar.
— Bəs sizin ailədən indiyə kimi xoşbəxt olan olubmu? – müdrik kişi maraqlandı.
— Hələ ki, yox. Amma uşaqlarım və nəvələrim yəqin ki, xoşbəxt olacaqlar – kişi ümidlə cavab verdi.
— Təəssüf ki, savadsız adam kiməsə oxumağı öyrədə bilməz, köstəbək heç vaxt qartalı tərbiyə edə bilməz!- qoca müdrik insan dərindən ah çəkdi.  - Əvvəl özün, özünə xoşbəxt olmağı öyrətməlisən! Yalnız onda sən uşaqlara xoşbəxtliyi öyrədə biləcəksən. Bu sənin onlara ən qiymətli hədiyyən olacaq.

4 cümləlik hekayə

4 cümləlik hekayə




Hər on beş saniyədən bir yer üzündə bir uşaq doğulur.
Hər on səkkiz saniyədən bir yer üzündə bir insan ölür.
Belə çıxır ki, yer üzündə insanın doğulması ilə ölməsi arasında cəmi üç saniyə var.
Sənsə deyirsən ki, bir dəqiqə gözlə, gəlirəm...

Qardaşın valideyninə etdiyi qayğı Allah dərgahında sənin ibadətindən daha yüksəkdi.


 İki qardaş var imiş. Bunların qayğıya möhtac anaları da var imiş. Hər gecə qardaşlardan biri ananın xidməti ilə məşğul olur, digəri ibadətlə məşğul olardı… Bir axşam, ibadət edən qardaş etdiyi ibadətdən aldığı həzz və mənəvi rahatlığı hiss edib qardaşına deyir: 
— Bu gecə də anama sən qulluq elə, mən ibadət edim. 
— Qardaşı təklifi qəbul edir. İbadət edərkən yuxuya gedən qardaş yuxuda bir səs eşidir. Səs ona: 
— Qardaşını bağışladıq, səni də onun xətrinə bağışladıq. Bu sözləri eşidən gənc: 
— Mən Allah Təalaya ibadət edirəm. Qardaşım isə anama xidmət edir. Bəs nə üçün məni onun etdiyi əmələ görə bağışlayırsınız? Mənim ibadətimin savabı, fəziləti daha çox olmalı deyil? dedi. 
Səs ona: 
— Sənin etdiyin ibadətlərə bizim heç bir ehtiyacımız yoxdu. Ancaq, qardaşının anana etdiyi xidmətlərə ananın ehtiyacı vardı, ona görə qardaşın valideyninə etdiyi qayğı Allah dərgahında sənin ibadətindən daha yüksəkdi.

Düşündürücü hekayələr → Dərs



Bir gün Sultan Mahmud Qəznəvi dövrünün tanınmış alimlərindən birinin ziyarətinə gedir.
Sultanın gəldiyini görən həmin şəxs yerindən belə tərpənmir, elə oturduğu yerdəcə onunla görüşür və yer göstərir.
Sultan əyləşir və onlar səmimi söhbətə başlayırlar. Bir müddətdən sonra sultan ayağa qalxır və getmək üçün alimdən icazə istəyir.
Alim də qalxır və hörmət əlaməti olaraq onu qapıya qədər yola salır. Sultan soruşur:
— Mən gələndə heç yerindən də tərpənmədin, yola salanda niyə bu qədər zəhmət çəkirsən?
Alim də cavabında deyir:
— Sultan sağ olsun, sən gələndə hər tövründən təkəbbür yağırdı. Gedəndə isə o qədər sadə və təvazökar bir halda bizdən ayrılırsan ki, sənə qarşı bir zərrə qürurlu davranmaq əxlaqa uyğun gəlməz. Qürura qürurla, təvazökarlığa təvazökarlıqla cavab vermək lazımdır.
 

Düşündürücü hekayələr → Üç Sual - Sokrat



Deyirlər ki, bir gün bir nəfər məşhur filosof Sokratın yanına gəlib deyir: “Sənin dost saydığın filankəsin haqqında bəzi şeylər eşitmişəm. İstəyirəm bunları sənə xəbər verim ki, dostunu yaxşı tanıyasan”.

Sokrat onun xahişinə münasibət bildirməzdən qabaq deyir: “Tələsmə, eşitdiklərini mənə danışmağa vaxtın olacaq. Amma istəyirəm bundan əvvəl sənə üç sual verib cavabını öyrənim. Əgər məsləhət olsa, dostum haqqında bildiklərini mənə deyərsən”.

Həmin adam razılaşıb Sokratın suallarını gözləyir. Sokrat birinci sualı verir: “Mənə deyəcəyin məsələnin düzgün olduğunu yəqin bilirsənmi? Bunu öz gözlərinlə görmüsən, yoxsa başqasından eşitmisən?” Adam cavab verir: “Düzünə qalsa, tam doğru olmasına yəqinliyim yoxdur. Bir nəfər bunları mənə danışıb”.

Sokrat deyir: “Yaxşı. Deməli, deyəcəyin sözün tam doğru olduğunu bilmirsən, böyük ehtimalla yalan və iftira da ola bilər. Onda ikinci sualıma cavab ver. Sən dostumun yaxşı bir cəhəti haqqında mənə danışmaq istəyirsən, yoxsa onun pis bir hərəkətini ya sözünü xəbər verməyə gəlmisən?” Adam cavab verir: “Əslində onun çox pis və yaraşmayan bəzi hərəkətlərindən səni xəbərdar etmək niyyətindəyəm. İstəyirəm biləsən ki, özünə dost saydığın şəxs necə pis adamdır”. Sokrat nəticə çıxarır: “Deməli, sən mənə o adamın haqqında pis bir fikir söyləmək istəyirsən, amma bunun doğru olduğuna özün də inanmırsan. Elə isə, son sualıma cavab ver. Görək, həqiqətən, eşitdiklərini söyləməyə ehtiyac varmı? De görüm, deyəcəyin sözün mənə bir xeyri dəyəcəkmi? Bu söz məni sevindirəcəkmi və ya mənə faydalı olacaqmı?” Adam cavab verir: “İnanmıram bu sözdən sevinəsən ya sənə bunun bir faydası olsun. Dostunun pisliyi haqqında deyilən sözə necə sevinə bilərsən?” 

Sokrat verdiyi sualların cavabına yekun vuraraq deyir: “Əgər deyəcəyin söz doğru deyilsə, yaxşı bir söz deyilsə və mənə faydası dəyəcək bir söz deyilsə, bunu niyə mənə danışasan ki? Məntiqlə düşünsək, ağıllı adam vaxtını bu cür söhbətə qulaq asmağa sərf etməz. Mən bu söhbəti eşitmək istəmirəm”. Sokrat bunu deyib söhbəti bağlayır.

Böyük filosofun bu hərəkəti bizlərə gözəl bir ibrət ola bilər. Əgər ürək bulandıran, qara yaxan söhbətlərə qulaq asmazdan əvvəl bu sualı verib cavabıni araşdırsaq, bəlkə də o söhbətlərin əksəriyyətini eşitməyə ehtiyac qalmadığı bizə aydın olar. Bu halda həm vaxtımızı mənasız işlərə sərf etmərik, həm qeybətə qulaq asmaq günahından qurtularıq, həm də bir çox dostlarımızın haqqında əbəs yerə bədgüman olub onları itirmərik.

Kompüter terminləri 2



C: Bir proqramlaşdırma dilidir. C ilə yazılan kod maşın dilinə uyğundur. Buna görə proqramçılar bu proqramlaşdırma dilini təsirli bir şəkildə istifadə edərlər.

C++:
 C dili üzərinə yeni xüsusiyyətlər əlavə olunaraq meydana gətirilmiş bir proqramlaşdırma dilidir.

C DRIVE: 
Kompüter üzərində ol/tapılan sabitdisk sürücülərindən ilkinə verilən addır. C sürücüsü ümumiyyətlə əməliyyat sistemini qurmaq üçün istifadə edilən diskdir. Kompüter C sürücüsündən açılar və qurulan proqramları C sürücüsü üzərində saxlayar.

CABLE: 
Kompüterlərimizi başqa vahidlərlə fiziki olaraq bağlamaq üçün istifadə etdiyimiz vasitədir. Kabellərin iki ucunda lazımlı əlaqəni edə bilməsi üçün ol/tapılan konnektör vardır.

CACHE MEMORY: 
Axtar/ara yaddaşa verilən addır. Bu yaddaşlar yüksək daxilolma/müraciət sürətinə sahibdirlər. Yaddaş tiplərinin hamısı eyni xüsusiyyətə sahib deyil. Kompüterlərimiz üzərində istifadə edilən yaddaş növləri SDRAM, DDRAM, RDRAM ola bilər.

CAD/Computer Aided Desing: 
Kompüter dəstəkli dizayn. Ümumiyyətlə mühəndis və memarların dizaynlarını reallaşdırmaq üçün istifadə etdikləri proqram və təchizat bütününə verilən ad. 

CAD/CAM/Computer Aided Desing/Computer Aided Manufacturing: 
Kompüter dəstəkli dizayn/Kompüter dəstəkli istehsal.

CAE/Computer Aided Enginering: 
Kompüter dəstəkli mühəndislik. Mühəndislərin dizaynlarını araşdıran proqramlara verilən addır. Ümumiyyətlə CAD proqramları içində bu cür proqramlar ol/tapılar.

CALCULATOR: 
Kalkulyator. Matematiksel əməliyyat etmək üçün istifadə edilən kompüter proqramlarına verilən ad. Kalkulyator, proqram xaricində kiçik əl kompüteri şəklində də ola bilər.

şüşə/Computer Aided Manufacturing:
 Kompüter dəstəkli istehsal. Fabriklərdə maşınların çalışması üçün istifadə edilən və ya yazılan proqramlara verilən ad.

CANCEL: 
Ləğv. Kompüterimizdə istifadə etdiyimiz tətbiqləri ləğv etmək üçün istifadə edilən düyməyə verilən addır. Proqram quraşdırılmalarında quraşdırılmas(n)ı kəsmək üçün də istifadə edilər.

CAPS LOCK KEY: 
Klaviatura düymələrindən birinə verilən ad. Bu düymə təsirli olduğu vəziyyətdə ikən bütün əlifbadıq xarakterlərin böyük hərf ilə yazılmasını təmin edər.

CAPTURE: 
İstifadə edilən proqramın müəyyən bir vəziyyətini yazması əməliyyatına verilən ad. Ümumiyyətlə görünüş proqramlarında istifadə edilər.

CARD: 
Üzərində elektronik dövrələr ol/tapılan kompüter içində istifadə edilən parçalara verilən ad.

CARET: 
Şapka karekteri. Türkcə klaviatura üzərinə shift ilə birgə 3 sayına basıldığında çıxan xarakterə verilən ad.

CARRIER SIGNAL: 
Modemlərin öz aralarında razılaşmaq üçün istifadə etdikləri siqnala verilən addır.

CARTRIDGE: 
Kartuş. Böyük miqdarlarda məlumatı depolamaq üçün istifadə edilər.

CASE SENSITIVE: 
İstifadə edilən hərflərin kiçik ya da böyük hərf olmasının yaratdığı vəziyyətdir. Söz əməliyyat proqramlarında mətin içində bir sözcüyü axtararkən bu xüsusiyyəti istifadə edə bilərsiniz. Kiçik-böyük hərf ayrı-seçkiliyi edərək axtarış/arama etmək istəyirsinizsə, buna uyğun bir axtarış/arama variantını işarələməniz lazımdır.

CCITT/Comite Consultatif International Telephonique et/ət Telegraphique: 
Beynəlxalq ünsiyyət standartlarını təyin edən bir təşkilat.

CD-ROM/Compact disk-Read Only Memory: 
Məlumat depolamaq üçün istifadə edilən disklərə verilən addır.
Bu diskləri oxumaq içim CD-ROM oxuyucu lazımdır.

CELL: 
Hüceyrə. Proqramın qrafik interfeysində cədvəl görünüşündə iştirak edən kiçik düzbucaqlı qutulardan hər birinə verilən addır.

CGA/Color Graphics Adapter: 
İlk istifadə edilən rəngli ekran tipidir. CGA ekranlar zamanla VGA sistemlərə çevrildilər. Kompüter sistemlərimiz üzərində geri qalmış bir texnologiya.

CHARACTER: 
Xarakter. Sabitdisk üzərində bir bytelik sahəyə saxlana bilən hər hansı bir simvola verilən addır.

CHECKSUM: 
Bir idarə üsulu. Ünsiyyət xəttindən göndərilən bir mesajın etibarlı bir mesaj olub olmadığını anlamaq üçün istifadə edilən üsul.

CHIP: 
Yarı keçirici bir maddədən çıxarılan, üzərində minlərlə elektronik dövrə daşıyan modula verilən addır.

CISC/Complex Instructıon Set Computer: 
Kompleks əmr seti. Kompüterlərin istifadə etdiyi bir quruluşdur. Prosessorun 200 qədər əmri tətbiqini təmin edər.

CLASS: 
Sinif. Proqramlarda obyektləri meydana gətirmək üçün istifadə edilən quruluşa verilən addır.

CLICK, CLICK ON: 
Kliklemek, basmaq. Qrafik interfeysində bir ikonu və ya bir obyekti seçmək üçün siçanın düyməsinə basıb buraxmaq.

CLIENT-SERVER ARCHITECTURE: 
Server-istəkçi arxitekturası. Şəbəkə üzərində kompüterlərin və ya əməliyyat sistemi üzərinə qurulu/təşkilatı olan proqramların, server olaraq işlə/çalışacaq şəkildə hazırlanması əməliyyatıdır.

CLIP ART: 
Kompüter üzərində edilmiş, istifadə etmək üçün hazır şəkillərə verilən addır.

CLIPBOARD: 
Pano. Məlumatın bir yerdən başqa yerə kopiyalanarkən müvəqqəti tutulduğu yaddaşa verilən ad.

CLOCK SPEED: 
Mikroişlemcinin iş sürətinə verilən ad. Mikroişlemciler əmrləri işlədərkən, kompüterin içindəki saatın basmalarına uyğunlaşdırar. Bu saat mikroişlemciler və digər modullar arasındakı uyğunluğu da təmin edər.

CLUSTER: 
Sabitdisk üzərindəki sektor qrupuna verilən addır. Məlumat saxlanacağı zaman istifadə edilən ən kiçik vahid clusterdir.

CMOS/Complementary Metal Oxide Semiconductor: 
Kompüterlərdə saatı, tarixi və sistem parametrlərini saxlamaqda istifadə edilən dövrə. Bu dövrə bir batareya ilə bəslənər.

CMYK/Cyan Magenta Yellow Black: 
Ofset nəşr/təzyiqdə istifadə edilən rəng modelinə verilən addır. Mavi, morumsu qırmızı, sarı, qara rənglərin qarışdırılması ilə bütün rənglər əldə edilə bilər.

COAXIAL CABLE: 
Kompüter şəbəkələrində məşhur olaraq istifadə edilən kabel növüdür. Xüsusiyyəti, içində bir keçirici telin ətrafına sarılmış bir qat yalıtkan vəsait ol/tapılması və digər tellərin örülü bir şəkildə bu yalıtkanın ətrafına yerləşdirilmiş olmasıdır.

kobol/Common Business Oriented Language: 
Köhnə proqramlaşdırma dillərindən biridir. Kompüterlərdə ticari tətbiqlər yazmaq üçün istifadə edilərlər.

CODE: 
Kod. Kompüter üzərindən girdiyimiz müxtəlif əmrlərin yazılı və ya işlə/çalışar halına verilən addır.

COLOR MONITOR: 
Rəngli ekran. İki rəngdən (qara, ağ) çox rəng göstərən kompüter ekranlarına verilən addır.

COLOR PRINTER: 
Rəngli yazıçı. Birdən çox rəngdə nəşr/təzyiq edə bilən yazıçıya verilən addır. Rəngli yazıçıların çoxu CMYK texnologiyasını istifadə edər.

COLUMN: 
Sütun. Söz əməliyyat proqramlarında yuxarıdan aşağı, incə uzun sahələrdən hər birinə verilən ad.

COLUMN GRAPH: 
Sütun qrafiki. Təqdim edəmlərin şaquli sütunlar ilə göstərildiyi qrafik növüdür.

COM: 
DOS əməliyyat sistemi üzərində işlədilə bilər fayl davamı. Nümunə: Command.com

COM: 
Kompüterlərin ardıcıl ünsiyyət portlarına verilən addır. Nümunə: Com1, Com2, Com3

COMMAND: 
Əmr. Kompüterə müəyyən bir işi etdirmək üçün yazılan ifadəyə verilən addır.

COMMAND.COM: 
DOS əmrlərini işlədən fayla verilən ad. Girilən əmrin doğru yazılıb yazılmadığını bu fayl nəzarət edər. Bəzi əmrlər də bu faylın içində saxlanar.

COMMAND KEY: 
Macintosh kompüterlərdə ol/tapılan xüsusi bir düymə. Bu düyməyə basarkən başqa bir düyməyə də basıldığında bir əmr verilmiş olar.

COMMAND LINE: 
Əmr girişi üçün istifadə edilən sətirə verilən ad.

COMMUNICATION: 
Ünsiyyət. Məlumatların bir kompüterdən başqa kompüter göndərilməsi əməliyyatına verilən ad.

COMMUNICATIONS PROTOCOL: 
Ünsiyyət protokolu. Məlumatlar bir kompüterdən başqa kompüterə göndərilərkən bir protokol istifadə etmək məcburiyyətindədirlər. Bu ünsiyyət protokolları ümumiyyətlə modemlər ilə yüklənər.

COMMUNICATIONS SOFTWARE: 
Ünsiyyət proqramı. Kompüterə bağlı modem ilə telefon xəttindən məlumat göndərib alınmasını təmin edən proqram növlərinə verilən addır.

COMPATIBLE, COMPATIBILITY: 
Uyğun, uyğunluq. Kompüter üzərindəki proqram və təchizatların bir-biri ilə problemsiz çalışması əməliyyatına verilən addır.

COMPILER: 
Yığıcı. Proqramla dili ilə yazılmış olan kodu maşın dilinə çevirən proqram növlərinə verilən addır.

COMPONENT: 
Kod parçalarını bir araya gətirərək bir tətbiq meydana gətirmə əməliyyatına verilən addır.

COMPRESSION: 
Sıxıştırma. Kompüter üzərindəki məlumatların daha az yer/yeyər örtməsi üçün edilən əməliyyata/işləmə verilən addır.

COMPUSERVE: 
Dünyanın ilk ticari məlumat xidmətidir. Bu xidmət dünya üzərinə dəyişik verilənlər bazalarına bağlıdır, beləcə bir çox aktual məlumata çata bilərsiniz.

COMPUTER: 
Kompüter. Girilən məlumatı işləyərək, istifadə edə bilər çıxdı çıxaran maşına verilən addır.

CONFIG.SYS: 
Kompüterin işini təşkil edən əmrlərin ol/tapıldığı fayldır. Açılışda config.sys faylı işlədilərək bu əmrlər tətbiq olunar.

CONNECTOR: 
Konnektör. Kabellərin ucunda ol/tapılan və ya ilişən, müxtəlif vasitələrə və ya hissələrə verilən addır.

CTRL: 
İdarə düyməs(n)i. Bu düymə əvvəldən idarə xarakterləri deyilən xarakterlərin yazılmasında istifadə edilərdi. Ancaq hal-hazırda daha çox ALT düyməs(n)i kimi istifadə edilməkdə, Kısayol düymə kombinasiyalarının işlədilməsində faydalanılmaqdadır.

CONTROLLER: 
Nəzarət edici. Kompüterlə çöldən girilən məlumat arasında nəzarət etmə edən vasitəyə verilən addır.

CONTROL PANEL: 
Yoxlama masası. Windows əməliyyat sistemlərində, sistem işləyişinə bağlı tənzimləmə edilə bilən proqram.

COPROCESSOR: 
Əlavə prosessor. Sistemin prosessorunun yanına əlavə olunan ikinci prosessor.

COPY: 
Kopiyalamaq. Bir faylın və ya bir məlumatın eynisinin meydana gətirilməsi əməliyyatına verilən addır.

COPY PROTECTION: 
Kopiya qoruması. Proqramın icazəsiz kopiyalanmasını və ya çoxaldılmasını önləmək üçün istifadə edilən üsullara verilən addır.

CORRUPTED FILE: 
Xarab fayl. Məzmunu pozulmuş, oxuna bilməz halda olan fayl növünə verilən addır.

CPU/Central Processing Unit: 
Mərkəzi əməliyyat vahidi. Kompüterimiz üzərində ol/tapılan mikroişlemciye verilən addır.

CRC/Cylik Redundancy Check: 
Qarşı tərəfə məlumat göndərilərkən səhvləri ortaya çıxarmaq üçün istifadə edilən bir üsuldur.

CROPPING: 
Qırpma. Kompüter üzərinə qurulu/təşkilatı bir proqramla şəkilin kənarlarındakı çoxluqların kəsilməsi əməliyyatına verilən addır.

CRT/Cathode Rels Tube: 
Televiziya və kompüter ekranlarında istifadə edilən texnologiyaya verilən addır.

CURSOR: 
Kursor. Klaviaturanın və ya siçanın bir düyməsinə basıldığında, ekranın haranda və ya hansı nöqtəsində işarələniləcəyini ifadə edən simvol.

CUT AND PASTE: Kəs və yapışdır. Əməliyyat sistemləri üzərində faylı və ya qovluğu bir yerdən başqa bir yerə daşıma əməliyyatıdır.

CYBERSPACE: 
Siberalem. Kompüter sistemləri tərəfindən meydana gətirilən ünsiyyət mühitinə verilən addır.

CYBERNETICS: 
Sibernetik. İnsanlara aid xeyli çox xüsusiyyətin maşınlara qazandırılması yolunda araşdırma edən elm sahəsi.
də/Displey Adapter: Görünüş adapterinə verilən ad.

DAT/Digital Audio Tapına: 
Məlumatları saxlamaq üçün istifadə edilən bir növ maqnetik bant növüdür. İki gigabytedən beş gigabyteyə qədər məlumat saxlaya bilər.

VERİLƏN: 
Məlumat. Kompüter mühitində istifadə edilən hər növ məlumata verilən ad.

DATABASE: 
Verilənlər bazası. Kompüter sistemləri içindəki çatıla bilər və istifadə edilə bilər məlumatların bütününə verilən ad. Bu nizam məlumat saxlama və daxilolma/müraciət sahəsində istifadə edilər. Kompüter üzərində daha az yer/yeyər qablar/örtər və daxilolma/müraciət müddəti daha sürətlidir.

DATABASE ENGINE: 
Verilənlər bazası proqramlarının içindəki məlumatlara çatılması üçün istifadə etdikləri hissəyə verilən ad.

DATABASE MANAGEMENT SYSTEM: 
Verilənlər bazası rəhbərlik sistemi. Verilənlər bazalarının meydana gətirilməsini və işlədilməsini təmin edən proqramların bütününə verilən ad.

VERİLƏN BUS: 
Prosessor və yaddaş arasındakı məlumat axışını təmin edən göndərərə verilən ad.

VERİLƏN ENTRY: 
Proqramlar vasitəsi ilə verilənlər bazalarına və cədvəllərə məlumat girilməsi əməliyyatıdır.

VERİLƏN RECOVERY: 
Müxtəlif səbəblərdən ötəri pozulan və ya itən məlumatları qurtarma əməliyyatlarına verilən ad.

VERİLƏN TRANSFER RATE: 
Məlumat transfer sürəti. Məlumatların iki cihaz arasındakı köçürülmə sürətlərinə verilən ad. Saniyədə göndərilən megabit və ya megabyte sayı olaraq göstərilər.

DBS: 
Peyk sistemlərində, televiziya siqnallarını peykdən televiziya antenasına göndərən peyk nəşr gileyinə verilən ad.

DCD/Data Carier Detect: 
Xəbərləşmə sistemlərində tezlik üzərindən daşınan məlumatların daşındığı yola verilən ad.

DDE/Dynamic Verilən Exchange: 
Microsoft əməliyyat sistemləri üzərində eyni məlumatları birdən çox tətbiqin istifadə etməsi əməliyyatıdır.