26 Şubat 2015 Perşembe

Kisi ve qadin cinslerin dostlugu mumkundumu?


→ Əks cinslərin dostluğu mümkünmü?


Psixoanaliz təliminin banisi sayılan Ziqmund Freyd deyirdi ki, heç bir kişi yatmaq istəməyəcəyi bir qızla dost olmaq istəməz.
Bu deyim illərdir öz aktuallığını itirmir, ən çox müzakirə edilən mövzular siyahısındadır. Əks cinslərin dostluğundakı problemlər isə hər gün bir az da qabardılır. Maraqlıdır, kişi və qadının dostluğu həqiqətən problemlidirmi?

Qadın-kişi dostluğu mümkündür?


Psixoloqların ümumi rəyinə görə, ailəsindən kifayət qədər qayğı görməyən, valideynləri ilə münasibətlərində sərhəd olan gənclər dosta ehtiyac duyur və ruhuna, düşüncəsinə ən yaxın olan biri ilə münasibət qururlar. Bu, çox vaxt həmcinsi olsa da, bəzən qarşı cinsdən də olur. Qız və oğlanın dostluğu beləcə yaranır.

Dünyanın ən məşhur sosioloqları deyirlər ki, qadınla kişinin yoldaşlığı kəpənəyin odla rəqsi kimidir. Ətrafında fırlanar, fırlanar və sonra od onu yandırar. Bəzən qadın və kişi dostluğunu od və barıt ilə də ifadə edirlər.

Aramızda elə insanlar var ki, uzun müddət dostluq etdiyi qadınla və ya kişi ilə evlənib.İllərdir dost olan insanların bir-birinə olan əsil münasibəti evlilik zamanı bilinir. Dost olduqları müddətdə aralarında heç bir problem olmayıb, evləndikdən sonra ilk aydaca aralarında gərginlik yaşanır.

Bunları deməkdə məqsədimiz odur ki, əks cinslərin dostluğunda tərəflər əksər hallarda tam səmimi olmur, ya qadın kişidən nəsə gizləyir, ya da kişi qadından. Çünki qarşı cinslərin dostluğu zamanı 100 faizli səmimiyyət mümkün deyil.

Şərq cəmiyyətində minillər ərzində formalaşmış stereotiplərə görə, qadın və kişinin dostluğu yalnız ailədə ola bilər. Başqa sözlə, ən ideal dostlar ər-arvaddır. Bizdə ərə və ya arvada “həyat yoldaşı” deyilməsi də bu aspektdən baxışla formalaşıb.Çox qəribədir ki, kişilər qadınlar, qadınlar isə kişilər arasında səmimi dostluğa inanmırlar. Həmçinin, hər iki cins də qadınla kişinin dostluğuna müəyyən şübhə ilə baxırlar.

Əgər konkret olaraq fikrimizi ifadə etsək, “dostluq — cinslə bağlı anlayış deyil” qənaətinə gələ bilərik. Qadın və ya kişi dostluğu mümkündür, amma tərəflərin bir-birindən maksimum sirr gizlətmədiyi, səmimi olduğu zaman. Qarşı cinslə dostluq edənlər isə, bunu reallaşdırmaqda çətinlik çəkirlər.

Bəzən də deyirlər ki, hər bir qadın, kişi ilə olan dostluğu zamanı kişinin ona hiss etdirmədən yaxınlıq arzu etdiyinin fərqindədir. Bunu bilmədiyini deyən qadın ya həddindən artıq saf və təmizdir, ya da “çoxbilmiş”dir.

Qadınlar niyə kişilərlə dost olmağı seçirlər?
Qadınların böyük əksəriyyəti kişilərlə daha yaxşı “yola gedirlər”. Çünki, onlarla aramızda qısqanclıq olmur, gözəllik və geyim yarışı olmur. Amma, əks cinslərin dostluğu əksəriyyət tərəfindən səhv başa düşülür, bir kişi ilə bir qadını yan-yana görənlər dərhal dedi-qodu etməyə, haqlarında min cür yalan uydurmağa başlayırlar.
Qadınlar, xüsusilə də gənc qızlar, çox vaxt öz yaşıdları olan həmcinsləri ilə çox məsələdə razılaşa bilmirlər,çünki,istər-istəməz araya qısqanclıq və rəqabət girir. Bəzi qızlar rəfiqəsinin özündən daha gözəl olmasını qəbul edə bilmir, onun daha çox diqqət mərkəzində olmasından qıcıqlanır, onu başqalarının yanında gözdən salmağa çalışır. Bu cür münasibətə məruz qalan qızlar dostluq üçün həmcinslərinə deyil, əks cinsə daha çox güvənirlər. Kişilərlə dostluq edən qadınlar deyirlər ki, kişilərlə yola getmək daha rahatdır, çünki açıq fikirlidirlər və dəqiqliyi sevirlər.
Bütün hallarda yaxşı dost ömrümüz boyu ehtiyac duyduğumuz bir fiqurdur. Bu, kişi olsun, qadın olsun — fərq etməz.
Qəlbimiz və hissimiz bizə kimin daha yaxşı dost olacağını pıçıldayır, hissimizə güvənək və bizim üçün ən yaxşı dostu seçməsinə imkan yaradaq. Amma hissimizin seçiminə ağlımızla nəzarət edək

Hiç yorum yok:

Yorum Gönder